Zülfüqar Rüfətoğlu

Vətən qız övladını çoxarvadlı ərəbin ayağına niyə verməməlidir?

Əslində bunu məqalə yox, bir həmkarımın Facebook postuna şərh kimi yazmağa başlamışdım, amma belə alındı…Yəni həmişə kimi məqalə alındı… Həmin həmkarım Facebook-da yazırdı: “Dövlət vətəndaşına sahib çıxmalıdır! »Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb. Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Tam mətn

Avtokratiya pandemiyası

Avtokratlarla koronavirusları yaxınlaşdıran ən ümdə bir cəhət var. Yox, söhbət hər ikisinin xəstəlik yaratmasından getmir. Daha doğrusu bundan da gedir… Amma ən əsas ortaq cəhət bu yox, odur ki, avtokratları koronaviruslar kimi təsnif etmək, yəni klassifikasiya edib qruplara ayırmaq mümkündür. İnsana yoluxa bilən koronavirusların 7 tipi var. Bunlardan ilk dördü nisbətən az ziyanlıdır – soyuqdəymə, burunaxma, boğaz ağrısı kimi narahatlıq törədib 1-2 günə çıxıb gedir. Təhlükəli olanları, hazırda dünyanı bürümüş COVID-19 kimi daha uzun müddətdə fəsad törədirlər.

Tam mətn

Taclı virus — taclıların qənimi

Son 20-30 ildə dünya koronavirussuz da kökündən dəyişmişdi. Bəşəriyyətin inkişafında belə sıçrayışlı tərəqqi zamanları hər əsrdə olmur. 1990-cı illərin əvvəllərində əlində əl telefonu olanları barmaqla saymaq olardı, amma artıq 1990-ların sonunda bu qitədən o qitəyə videozənglər edilirdi. Gen mühəndisliyi, süni təfəkkür, böyük rahatlıq həm də böyük sərvət gətirirdi. Adamlar hansısa məqamda bütün bunları demokratiya və azadlığın gətirdiyini unutmuşdular. Bu səbəbdən də sovet-rus imperiyasının cəngindən qurtaran millətləri elə öz soydaşları müti köləyə, azad respublikaları monarxiyaya çevirdilər.

Tam mətn

Xilafətlə respublikanın, qozla çiyələyin fərqi

Yeniyetmə yaşlarımda bunu harda oxuduğum yadımda qalmayıb, amma oxumuşdum ki, xilafət zəmanəsində Bağdadın bütün qoz ağacları xəlifənin mülkiyyətindəymiş və bu ağaclardan qoz dərib yeməyin ağır cəzaları varmış. Heç hansı cəzaların olması da yadımda qalmayıb. Amma şübhəm yoxdur ki, xilafətin cinayət məcəlləsində də ağırlaşdırıcı maddələr olub: Məsələn “sırtıqcasına qoz yeyərək həyasızcasına hakimiyyət nümayəndəsinə müqavimət göstərmək” kimi. Amma bunu da oxumuşdum ki, Bağdadda yalnız küləkli havalarda yerə tökülən qozu yığmağa icazə varmış.

Tam mətn

Ana dilimizi, indi də analardanmı qoruyaq?

Bakı London təyyarəsi ilə uçuram. Salonun yarısı Londona, deyəsən yay məktəbində ingilis dilini öyrənmək üçün gedən azərbaycanlı yeniyetmələrdir. Səsləri aləmi bürüyüb. Elə buna görə də onların hamısının bir-birilə yalnız rusca danışmaqları başqalarının diqqətindən yayınmır.

Tam mətn

KTMT tələdir, kimin üçün qurulduğu bilinmir…

Hə rus demişkən, “priyexali”. Azərbaycanın Moskvanın hegemonluq aləti olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün mümkünlüyü məsələsi gündəmə gətirildi. Əslində söhbət böyük mənada gündəmdən getmir. Media və sosial mediada ajiotajı yaradan Haqqin.az saytının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidən aldığı müsahibədir. Lap əvvəldən onu deyək ki, bacarıqlı siyasətçi və diplomat kimi tanınan Əli Hüseynli bu uzun müsahibədə bircə dəfə də olsun, “Azərbaycan KTMT-yə girməlidir” bəyanatını verməyib.

Tam mətn

Ağ ilan, qara ilan…

Azərbaycanlıların minlərlə ata sözləri var. Bəzilərinin qiyməti elə hikmətli söz olmasındadır, bəzilərindən fayda da götürmək olar (istəsək), amma elə ata sözləri də var ki, faydası bir yana, milləti fəlakətə sürükləyə bilər. Bu ata sözlərini elə bil hansısa düşmən qüvvə bioloji silah kimi dilimizə tullayıb. Söhbət “ilanın ağına da lənət, qarasına da…” atalar sözündən gedir. Baxaq görək praktikada, real həyatda bu atalar sözü nədir?

Tam mətn