Muəllif:

Maykl Bolton Bakıda vaxtını yaxşı keçirib

Adətən getdiyim şəhərlərdə ancaq konsert verirəm. Ancaq Bakının gözəlliyini və incəsənətini görəndən sonra burada həm də yaxşı vaxt keçirdim. Dünya şöhrətli sənətçi Maykl Bolton aprelin 19-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramından sonra jurnalistlərə belə deyib. Mərkəzin mətbuat xidmətindən  yayılan məlumata görə, təəssüratlarını jurnalistlərlə bölüşən sənətçi Heydər Əliyev Mərkəzinin həm daxildən, həm də xaricdən çox möhtəşəm bir memarlıq əsəri olduğunu bildirərib və deyib ki, burada çıxış etməkdən  məmnundur. O, azərbaycanlı seyrçilərlə elə ilk ünsiyyətin konsertin çox möhtəşəm keçəcəyinə əminlik hissi yaratdığını qeyd edib.

Azərbaycanda iki gün olan Maykl Bolton Bakının onda dərin təəssürat yaratdığını qeyd edib: “Mən Bakıda memarlıq abidələrinin və incəsənətin nə qədər yüksək səviyyədə olduğunu gördüm.»

Bir gün öncə Facebook səhifəsində İçərişəhərdə çəkdirdiyi fotonu paylaşan Maykl Boltonu bu tarixi məkan heyran edib: “İçərişəhərdə — qədim daşlara və tarixə malik bir yerin arxa fonunda yeni binalar və müasir şəhərin açdığı mənzərə məni heyrətləndirdi. Bunu hər yerdə görmək mümkün deyil”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 426