Muəllif:

Hakimə kəllə atan braziliyalı futbolçu üzr istədi

“Həm hakimdən, həm də AFFA-dan üzr istəyirəm”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın braziliyalı müdafiəçisi Elilton Arauju dos Santos deyib. Etto ləqəbli futbolçu Topaz Premyer Liqasının XXXI turunda “İnter”ə uduzduqları qarşılaşmada (0:4) antiqəhrəmana çevrilmişdi.

50-ci dəqiqədə avtoqolla yadda qalan sağ cinah müdafiəçisi 72-ci dəqiqədə ikinci sarı vərəqəni almaqla, meydandan qovulmuşdu. Buna etiraz edən Etto baş hakim Rəhim Həsənova kəllə atmışdı.

Zaqreb “Dinamo”su və PAOK-un sabiq futbolçusu əməkdaşımızla söhbətində bildirib ki, etdiyi hərəkətə görə çox peşmandır: “12 illik karyeramda hələ belə şey olmamışdı. Hisslərimi cilovlaya bilmədim. Əlbəttə, bu hərəkəti etməməli idim. Bu, mənə yaraşmadı. Həmin hakimi harda görsəm, ondan üzr istəyəcəm”.

Qeyd edək ki, futbolçu bu hərəkətinə görə AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb. Üstəlik, “Bakı” 10 min manat cərimə ödəməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 365