Muəllif:

Avropada Anadolunun ruhunu yaşatmaq… Bu məgər asandırmı?

Dünyanın bir çox ölkələrində, eləcədə Avropada çoxlu sayda Türk kökənli insan yaşayır. Fəqət  yaşadığın yerdə  öz mədəniiyyətini, tarixini və s. yaşatmaq heç də asan deyil.  Hər  adam bu işin  məsuliyyətini öz üzərinə götürə, götürəcəyi halda isə bu məsuliyyəti dərk edə   edə bilmir.  Veyis Güngör bu şərəfli işi öz üzərinə götürmüş,  bu işin öhdəsindən məsuliyyətlə gəlmiş və hələ də bu  sahədə fəaliyyətini davam etdirən insanlardandır.   Fəaliyyətə başladığından bu günə qədər ölkəsinin, Türkiyənin ədəbiyyatını, mədəniyyətni və s. Hollandiyada təbliğ edilməsində  və  eləcə də Türk mədəniyyətini, ədəbiyyatını və s.  özündə əks etdirən yüzdən artıq kitabın ərsəyə gəlməsində müstəsna rolu olub Veyis bəyin.  Növbəti  belə  kitab isə onun özünün,  Avropa Türk Demokratlar Birliyi Hollandiya (ATDB)  başqanı olmuş, hazırda Türk Evi Araşdırmalar Evi başqanı Veyis Güngörün fəaliyyətini özündə əkds etdirən “Avropada Anadolu” kitabıdır. Kitab üç hissədən, “Veys Güngör ilə çeyrək  yüz ilə yolçuluk,” “Müxtəlif söyləşilər”  və “Veyis Güngör ilə yaxın gələcək vizyonu”  ibarətdir.

Bu günlərdə Niderllandın Amsterdam şəhərindəki  Ramada Apollo Hoteldə kitabın birinci hissəsinin, “Veyis Güngör ilə çeyrək yüz ilə yolçuluk” kitabının  təqdimatı keçrildi.  Açlışdan sonra Dövlət əski başqanı prof. Dr. Mehmet Aydın və AKP xarici əlaqələr üzrə baqşqan yardımçısı, İstanbul millət vəkili Metin Külünkün  təbrikləri və Veyis Güngör barədə düşüncələri qeydə alınmış video görüntülər  konfrans iştirakçılarına nümayiş edildi.  Proqramda TC-nin Rotterdam Baş Konsulu Toğan Oral,  SOTA başqanı Mehmet Tütünçü, keçmiş millət vəkili Fadime Örgü,  HTJB başqanı Mustafa Ayrançı və başqaları çıxış edərək Veyis bəylə bağlı düşüncələrini söyləyib, onunla birlikdə keçdikləri yola nəzər saldılar və növbəti kitabın işıq üzü görməsi münasibətilə onu təbrik etdilər.  Bundan sonra söz Veyis Güngörə verildi. Veyis bəy konfrans iştirakçılarına onun sevincini bölüşdükləri üçün təşəkkür edərək ötən illərlə bağlı xatirələrindən danışdı.  Daha sonra: “İnandığımız dəyərlər uğrunda dünən olduğu kimi sabah da çalışmaqda davam edəcəyik” – deyə Veyis bəy çıxışını yükunlaşdırdı.   Daha sonra konfrans sual-cavabla davam edti,  Veyis Güngör ona ünvanlanmış sualları cavablandırdı. Sonda  Veyis Güngör kitabına ürək sözlərini yazaraq konfrans iştirakçılarına təqdim etdi.

Onu da qeyd edim ki, kitabda  Veyis Güngörün Azərbaycanın böyük yazıcısı Anar, Azərbaycan Respublikasının millət vəkilləri Adil Əliyev və Qənirə Paşayeva və Azərbaycan Respublikasının Niderland Krallığında fövqaladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyevlə görüşlərini də əks etdirən fotolar yer alıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 422