Muəllif:

Korrupsiyadan yazan jurnalistlər mükafat olaraq noutbuk aldılar

Korrupsiyadan yazan jurnalistlər mükafat aldılar. “Media və korrupsiya” mövzusunda müsabiqədə 6 ən yaxşı jurnalist araşdırması seçilib. Müsabiqə Yeni Nəsil jurnalist təşkilatı tərəfindən “Avrasiya” beynəlxalq əməkdaşlıq fondu və Niderland XİN-in dəstəyi ilə keçirilib.
Müsabiqədə məqsəd korrupsiya problemini işıqlandıran jurnalistləri təşviq etmək idi.

Yeni Nəsil rəhbəri Arif Əliyev qeyd edib ki, korrupsiya aktual problem olaraq qalmaqdadır, lakin KİV-də bu barədə materialların ümumi həcmi 2% təşkil edir. nun sözlərinə görə, müsabiqəyə 37 iş təqdim edilib. Onlardan 6-sı daha çox peşəkarlığı və cəsurluğu ilə fərqlənib.
Yer verməmək, 6 müəllifin hər birini qalib elan etmək qərara alınıb.

Qaliblər:

— “Zerkalo” qəzetindən Rəşad Rüstəmov “Qızıl bədxahları” məqaləsi ilə (Gədəbəy rayon sakinlərinin torpaq sahələrinin müsadirəsi zamanı korrupsiya faktlarını araşdırıb);
— “Mingəçevir işıqları” qəzetindən Fərman Nəbiyev “Pul tələsi” məqaləsi ilə (qaz sayğaclarının quraşdırılması zamanı korrupsiya faktları);
— “Azadlıq” qəzetindən Ramin Deko” “320 milyonluq Zaqatalayla 130 milyonluq Vanın zəlzələsi” məqaləsi ilə (məqalədə Türkiyənin Van şəhərində zəlzələnin nəticələrinin 130 mln. dollara aradan qaldırıldığı, Zaqatalada 320 mln. manata işlərin yalnız yarısının yerinə yetirildiyi deyilir);
— “Azadlıq” qəzetindən Gültəkin Knyazqızı “Hər şey məktəbdən başlayır” məqaləsi ilə (məktəb tikintisi üçün şişirdilmiş məbləğ faktları araşdırılıb);
— Lent.az portalından Elxan Salahov “Korrupsiya: niyə aşağılardan…” məqaləsi ilə (məmurlar tərəfindən sahibkarların sıxışdırılması faktları haqqında);
— “Azadlıq” radiosundan Nüşabə Fətullayeva “Qobustan prezidentin qəsəbəyə səfərindən iki il sonra” adlı videosüjeti ilə (prezidentin qəsəbənin infrastrukturunun inkişafı üzrə ictimai vədləri yerinə yetirməməsi haqqında).
Mükafat olaraq qaliblərə noutbuklar təqdim edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199