Muəllif:

Demokratiya və insan haqları sahəsində durumu müzakirə edəcək

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melia gələn həftə Azərbaycana gələcək. Səfərdə məqsəd demokratiya və insan haqları sahəsində vəziyyətin müzakirəsidir. Bu barədə Turan-a diplomatik mənbələrdən məlum olub.

ABŞ səfirliyindən məlumatı təsdiqləyiblər, lakin səfər haqqında rəsmi məlumat yaymayıblar. Sonuncu dəfə Tomas Melia Azərbaycana 2012-ci ilin dekabrında gəlib. Səfər zamanı o, prezident İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Dekabrın 11-də Bakıda keçirilən mətbuat konfransında Amerika administrasiyasının yüksək vəzifəli məmuru bildirib ki,

“2013-cü ildə prezident seçkiləri keçiriləcək və biz hazırda demokratiya sahəsində öhdəliklərin necə yerinə yetirilməsini müşahidə edirik”.

O, Azərbaycanda söz, toplaşma, insan hüquqları və demokratiya sahəsində vəziyyətlə bağlı ABŞ hökumətinin narahatlığını bildirib.

Tomas Melianın dekabr səfərindən sonra insan hüquq və azadlıqları ilə bağlı vəziyyət daha da pisləşdi. Bu ilin əvvəlindən vətəndaş cəmiyyətinin onlarla fəalı həbs olunub, siyasi azadlıqlar daha da məhdudlaşdırılıb, vətəndaşlar üzərində xüsusi xidmətin nəzarəti güclənib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159