Muəllif:

Çempionlar Liqasında Azərbaycan derbisi

Qadın voleybolçulardan ibarət klublar arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Bu turnirdə çıxış edən üç Azərbaycan klubu da rəqiblərini tanıyıb.
Pley-off mərhələsinə Azərbaycanın ÇL-dəki hər üç təmsilçisi — «Rabitə», «Azərreyl» və «Lokomotiv» vəsiqə qazanıb. Amma təəssüf ki, onlardan biri çıxışını elə pley-off mərhələsindəcə başa vurmalı olacaq. Çünki bu mərhələnin püşkatmasına əsasən, iki Azərbaycan təmsilçisi — «Azərreyl»lə «Lokomotiv» bir-birilə yarışmalı olacaq. Azərbaycan çempionu «Rabitə»ni isə Fransanın «Kann» klubu ilə duel gözləyir.
Kann (Fransa) — Rabitə (Azərbaycan)
Dinamo (Moskva, Rusiya) — Dinamo (Kazan, Rusiya)
Villa Cortese (İtaliya) — Eczaçıbaşı (Türkiyə)
Sopot (Polşa) — Vakıfbank (Türkiyə)
Şveriner (Almaniya) — Yamamay (İtaliya)
Lokomotiv (Azərbaycan) — Azərreyl (Azərbaycan)
Qeyd edək ki, bu mərhələnin oyunları 2013-cü ilin yanvarında keçiriləcək.
İki gün əvvəl «Dördlər finalı»nın keçiriləcəyi ölkə də müəyyənləşib. «Rabitə» və «Azərreyl»in də ev sahibliyi etmək istədiyi turnir İstanbulda keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145