Muəllif:

Bu ilin ən yaxşı idmançılarının adları açıqlandı

İlin ən yaxşı idmançılarının adları açıqlanlı. Mərasim “Buta” sarayında idi. İlin ən yaxşı 20 idmançısı mükafatlandırıldı.
Onların adları: London Yay Olimpiya oyunlarının mükafatçıları – çempionlar Toğrul Əsgərovla Şərif Şərifov, gümüş medalçılar Rövşən Bayramov, Mariya Stadnik, bürünc mükafatçılar Valentin Xristov, Emil Əhmədov, Xetaq Qazyumov, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Yulkiya Radkeviç, Paralimpiada mükafatçıları – Ramin İbrahimov, Afaq Sultanova, Natalya Pronina, İlham Zəkiyev, Oleq Panyutin, eləcə də Teymur Rəcəbov (şahmat), Oleq Panyutin (paurliftinq), Ayxan Mamayev (karate), Roman Aslanov (kinqboksinq) və Rüfət Qocayev (alpinizm) olub.
Mərasimin əvvəlində göstərilən videoçarxda bu il ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq idman yarışları, idmançılarımızın qazandığı uğurlar xatırladıldı. Nazir Azad Rəhimov çıxışında ümidvar olduğunu söylədi ki, gələn il bizim üçün bundan da uğurlu olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1648